Fanat.Az futbol aləminin tanınmış simalarının sosial şəbəkə paylaşımlarını təqdim edir:
"Barselona"nın ulduz futbolçusu Lionel Messi "İnstagram" səhifəsində keçmiş komanda yoldaşı, "Atletioko Madrid"in uruqvaylı hücumçusu Luis Suarezlə fotosunu paylaşıb. Foto İspaniyanın turizm adalarından olan İbisada çəkilib.
Heyvansevər argentinalı futbolçu Paolo Dibala (Paolo Dybala) "İstagram" səhifəsində iti ilə fotosunu paylaşıb. O, fotoya "Dostlar, bazar günüdür" başlığını qeyd edib.
"İnter"in belçikalı hücumçusu Romelu Lukaku "İnstagram" səhifəsində "Milano 100" başlığı ilə foto paylaşıb.
Dünyanın bir nömrəli Formula 1 pilotu Lyuis Hamilton "Twitter" səhifəsində foto-sorğu keçirib. İngiltərəli idmançı eynək və motoseikletlə olan fotosunu paylaşaraq, hansının daha çox yaraşdığını izləyicilərdən soruşub.
Millimizin və Polşanın "Legia" klubunun hücumçusu Mahir Emreli öz "Twitter" səhifəsində "Flora" ilə olan görüşdən fotolar paylaşıb. ÇL-nın növbəti mərhələsinə keçən Polşa təmsilçisinin futbolçusu fotolara "Növbəti" başlığını yazıb.
Emin Şəmsiyev