Tokio 2020-nin atletika turnirində maraqlı hal yaşanıb.
Fanat.Az xəbər verir ki, kişilərin hündürlüyə tullanma yarışı üzrə Yay Olimpiya Oyunlarının çempionu iki nəfər olub.
London 2012-nin bürünc, Rio 2016-nın gümüş mükafatçısı qətərli Mutaz Essa Barşim 2,37 metr nəticə göstərib. İtaliya atleti, dünya çempionu Canmarko Tanderi və Belarus idmançısı Maksim Nadasekov da eyni hündürlüyü ram edib.
Qətər və İtaliya təmsilçilərinin əlavə göstəriciləri də bərabər olduğundan, onların hər ikisinə qızıl medal verilib. Nadasekov isə bürünc mükafata layiq görülüb.
Sahib Əsədbəyli