Azərbaycanlı xanım UEFA nümayəndəsi beynəlxalq oyuna təyinat alıb.
Fanat.az-ın məlumatına görə, AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Tobol" (Qazaxıstan) - "Jilina" (Slovakiya) matçında UEFA nümayəndəsi olacaq. Oyunun hakimləri Rusiya, hakim-inspektoru isə Türkiyə təmsilçiləridir.
Qeyd edək ki, qarşılaşma avqustun 5-də Nur-Sultanda keçiriləcək.
Mirağa