Növbəti mövsümə hazırlaşan "Qəbələ” daha bir legionerlə güclənib.
Fanat.Az-ın əldə etdiyi bilgiyə görə, "qırmızı-qaralar” sabiq oyunçusu Rafael Utriqin
(Alemao) keçidini həll edib. Klubun meneceri
Zaur Əzizov xəbəri saytımıza təsdiqləyib:
"Düzdür, Rafaellə danışdıq, razılığa gəldik. Hazırda təyyarədədir, Bakıya gəlir”.
Qeyd edək ki, ötən mövsüm bölgə klubuna keçən braziliyalı hücumçu Premyer
Liqada 25 oyun keçirib və 5 qol vurub. 24 yaşlı futbolçu mövsüm başa çatdıqdan
sonra "Qəbələ”dən ayrılmışdı.
Mirağa