36 yaşlı Corco Kyellini "Yuventus"la yeni müqavilə bağlamağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano "Twitter" hesabından yayıb.
Mənbə Avro-2020-nin qalibinin müddəti 2023-cü ilin iyununda bitəcək yeni anlaşmaya imza atacağını bildirib.
Qeyd edək ki, Kyellini iyunun 30-dan azad agent statusu daşısa da, başqa klublarla danışıq aparmır.
Nihat