Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Daily mail" xəbər qəzeti: "Tottenhem" "Vulverhempton"un hücumçusu Adama Traoreni heyətinə qatmaq niyyətindədir.
Canluka Di Martsio: "İnter" "Çelsi"nin Romelu Lukaku üçün təklifini (100 milyon avro + Markos Alonso) rədd edib. Belçikalı hücumçu da bir müddət öncə İtaliyadan ayrılmaq fikrində olmadığını bildirmişdi.
"Caracol" xəbər agentliyi: "Tottenhem"in müdafiəçisi Davinson Sançes (Davinson Sanchez) "Sevilya" ilə danışıqlar aparır. İspaniya klubu 25 yaşlı futbolçunu Jül Kündenin (Jules Counden) əvəzedicisi kimi görür.
Baş tutmuş transfer xəbərləri:
Anton Koçenkov (34 yaşlı qapıçı)
"Lokomotiv"dən (Rusiya) "Arsenal"a (Rusiya) transfer olunub.
Azad agent qismində keçən futbolçu ötən mövsüm RPL-da cəmi altı oyun keçirib.
Henri Onyekuru (24 yaşlı nigeriyalı vinger)
"Monako"dan (Fransa) "Olimpiakos"a (Yunanıstan) keçidi reallaşıb.
Transfer məbləği 5 milyon avro olan futbolçu 4 illik müqavilə imzalayıb. Ötən mövsümün ikinci yarısını icarə əsasında "Qalatasaray"da oynayıb, 15 oyuna 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Eldor Şomurodov (Eldor Shomurodov) (26 yaşlı özbəkistanlı hücumçu)
"Cenoa"dan (İtaliya) "Roma"ya (İtaliya) keçidi baş tutub.
Transfer məbləği 17.5 milyon avro olan futbolçu 5 illik müqavilə imzalayıb.
Jan Lukas (Jean Lucas) (23 yaşlı yarımmüdafiəçi)
"Lion"dan (Fransa) "Monako"ya (Fransa) transfer olunub.
Transfer məbləği 12 milyon avro olan futbolçu ötən mövsüm 25 oyun keçirib və 3 məhsuldar ötürmə verib.
Emin Şəmsiyev

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol