Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk oyun günündə 2 qarşılaşma keçirilib. Digər 30 görüş isə avqustun 5-də oynanılacaq.
Növbəti mərhələyə adlayan "Qarabağ" klubu cümə axşamı səfərdə Limassolun AEL klubu ilə üzləşəcək.
"Keşlə"ni yarışdan kənarlaşdıran "Soçi" Belqradın "Partizan" klubunu qəbul edəcək. "Sumqayıt" üçün keçilməz olan "Çukariçki" isə İsveç "Hammarbyu" ilə qarşılaşacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
3 avqust
"Bohemian" (İrlandiya) - PAOK (Yunanıstan) 2:1
"Linfild" (Şimali İrlandiya) - "CS Fola Eş" (Lüksemburq) 1:2
Emin Şəmsiyev