"Milan"ın zədəli hücumçusu Zlatan İbrahimoviçin (Zlatan İbrahimovic) son durumu ilə bağlı məlumat var.
Fanat.Az "La Gazzetta dello Sport" qəzetinə istinadən xəbər verir ki, 39 yaşlı isveçlı futbolçu gələn həftənin əvvəlində komanda ilə məşqlərə başlayacaq.
Hazırda isə İbra idman zalında və hovuzda fərdi şəkildə məşqlərə davam edir.
Qeyd edək ki, İbrahimoviç İtaliya A Seriyasının 35-ci turunda "Yuventus"la oyunda zədələnərək meydanı tərk edib.
Emin Şəmsiyev