17:11 03.08.2021 568

Rafiq Hüseynovun atası: \"Əsas da ermənini udduğuna görə sevinirəm\"

"Rafiq Tokioya qızıl medal ardınca getmişdi. Biz ondan çempionluq gözləyirdik. Ancaq "bürünc"ə də min şükür".

Bunu Fanat.Az-a Azərbaycana Tokio 2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazandıran Rafiq Hüseynovun atası Radik Hüseynov deyib.

Yunan-Roma güləşçimizin həm də şəxsi məşqçisi olan ata, oğlunun illərdir Olimpiya medalı arzusu ilə yaşadığını bildirib: "Rafiqin Avropa, dünya medalları var idi. Bircə Olimpiya medalı çatmırdı. Biz ondan çempionluq gözləyirdik. Çünki yarışa çox yaxşı hazırlaşmışdı. Qırğızıstan güləşçisi Rafiqin uda biləcəyi rəqib idi. Hakimlər həmin görüşdə rəqibin ayaqla fənd işlətməsini görməzdən gəldilər. Bizim baş məşqçi o məqama görə etirazını bildirməliydi, amma etmədi. Neyləmək olar, Olimpiya Oyunlarının bürünc medalı da böyük uğurdur. Rafiq mənim ən böyük arzumu yerinə yetirdi". 

Medalın Ermənistan güləşçisi üzərində qələbə sayəsində əldə olunmasının əhəmiyyətini vurğulayan Radik Hüseynov görüşdən öncə keçirdiyi narahatlıqdan danışıb:  "Ermənistan güləşçisi ilə qarşılaşacağına görə çox narahat idim. Ona görə yox ki, onu Rafiqdən güclü bilirdim, sadəcə, bu, idmandır, olmazdı belə, olardı başqa cür. Bir belə əziyyətin axırının erməniyə uduzmaq olması bizi çox üzərdi. Əsas da ermənini udduğuna görə sevinirəm".

Qeyd edək ki, ilk görüşdə (1/8 final) isveçli Aleks Kessidisi sonuncu xal prinsipinə əsasən məğlubiyyətə uğradan (1:1) Rafiq Hüseynov (77 kq) növbəti mərhələdə qırğıstanlı Akjol Mahmudova uduzub (1:9). Rəqibin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılan 33 yaşlı ikiqat Avropa çempionumuz əvvəlcə tunisli Lamjed Maafiyə (9:0), "bürünc" uğrunda həlledici qarşılaşmada isə Ermənistan təmsilçisi Karapet Çalyana(4:1) qalib gələrək ölkəmizin hesabına 32-ci Yay Olimpiya Oyunlarının üçüncü medalını yazdırıb.
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 Oktyabr 2021
16:35

"Bundesliqa məgər "futbolçu fabriki"dir?" - "Bayer" rəsmisi

16:12

"Kayrat"ı təhqir edən baş məşqçi diskvalifikasiya edildi

15:54

Eşpiritu Santu futbolçularına "torba tikir"

15:31

Bakı turniri ulduzlarsız qalır

15:13

"Xavi "Barselona"da çalışmağa hazırdır"

14:52

"Sabah" yeni transferi ilə vidalaşdı - Səbəb

14:30

"Azərbaycana qayıtmaq fikrim yoxdur" - Vüsal İsgəndərli

14:14

Yüngül əxlaqlı qadın futbolçunu qarət etdi

13:51

Vüsal Türkiyədə növbəti matçına çıxır

13:32

"Liverpul" futbolçuları dinozavrlara bənzədildi

13:11

DÇ: Gimnastlarımız mübarizəyə start verdi

12:55

"Qarabağ"ın rəqibi üçün rahat səfər

12:42

Günün oyunları bu kanallarda - AFİŞA

12:28

Fatih Terim Musleranın "qələmini qırdı"

12:13

London təmsilçiləri növbəti mərhələdə

11:57

Sərgən Yalçından etiraf: "Neçə həftə yata bilmədim"

11:41

Ramiz Çovdarov: "İtkilərə rəğmən, qələbə qazanmalıyıq”

11:25

Mbappenin "Real Madrid"lə müqaviləsi hazırdır - Ancaq...

11:06

"Qarabağ"ın rəqibi yarımfinala adlaya biləcək?

10:50

"Barselona" Kloppu gətirir?

10:36

"Grand Swiss": Azərbaycan şahmatçıları startı gözləyir

10:21

Namik Ələskərov üçün kubok sınağı

10:08

DÇ: Olimpiya mükafatçımız mübarizəyə qoşulur

09:41

Gələn il bədən tərbiyəsi və gənclər siyasəti üçün ayrılacaq məbləğ açıqlandı

09:00

"Mahir belə davam etsə, gələn il onu Bakıda görəcəyik" - MÜSAHİBƏ

08:20

Mourinyu "Real Madrid"in yarımmüdafiəçisini aparır

08:00

"Milan" 1954/55 mövsümündəki uğurunu təkrarladı

01:24

La Liqa: "Vilyarreal" yenilgidən 90+5-ci dəqiqədə xilas oldu

00:41

A Seriyası: "Milan" liderliyə yüksəldi

00:37

"Barselona"nın müdafiəçisi İngiltərə yolunda

26 Oktyabr 2021
23:30

DÇ: Məsud uddu, Rauf uduzdu

23:09

Azərbaycanlı oyunçu Moldova Kubokunun 1/4 finalında

22:32

Yığmamızın baş məşqçisi Maltaya məğlubiyyəti belə şərh etdi

22:15

PSJ-də ciddi itki

22:08

Rafael Nadal Benzema barədə nə yazdı?

21:36

"Sabah"ı "Qəbələ" ilə oyuna kimin çıxaracağı bilindi

21:11

Yığmamız evdə Maltaya uduzdu

20:56

Tilemans böyük klubların hədəfində

20:24

Yığmamıza "Krasnodar" və "Paxtakor"dan futbolçular çağırıldı

19:48

Mourinyu şou göstərir - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.