"Qalatasaray" hücumçu Radamel Falkao və yarımmüdafiəçi Sofian Fequliyə özlərinə yeni klub axtarmalarını məsləhət görüb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu fikirləri "Qalatasaray"ın prezidenti Burak Elmas mətbuata açıqlamasında deyib.
"Falkao və Fequli ilə görüşdüm. Bizə çox kömək ediblər, amma yeni maliyyə strategiyamızı və maaşlarının səviyyəsini nəzərə alsaq, gələcəkdə onları ödəyə bilməyəcəyik. Buna görə də özlərinə yeni klub tapmalarını bildirdik. Ümid edirəm Falkao və Fequli bizi anlayacaq. Yaxşı şərtlərlə yollarımızı ayırmaq istəyirik. Bu rəhbərliyin qərarıdır. Baş məşqçi vəziyyətə fərqli baxa bilər ".
Xatırladaq ki, Fequli "Qalatasaray"da keçirdiyi 96 oyuna 24, Falkao isə 33 oyuna 19 qolla yadda qalıblar.
Emin Şəmsiyev