Azərbaycanda keçiriləcək hərbçilər arasında dünya çempionatına hazırlaşan yığma komandamız təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, baş məşqçi Nazim Süleymanov futbolçuları yenə gündə iki dəfə olmaqla məşq etdirir.
Bu arada əsas yığmamızın da məşqçisi olan Süleymanov komandasına daha dörd futbolçu dəvət edib. Belə ki, o, “Rəvan”dan Ramazan Abbasovla Hüseyn Axundovu, “Neftçi”dən Ruslan Qurbanovu, “Sumqayıt”dan isə Anar Nəzirovu DÇ-nin oyunlarında iştirak edəcək heyətə daxil edib.
İdman24.az