Azərbaycanın sərbəst güləşçisi Turan Bayramovun(74 kq) Tokio 2020-də ilk rəqibi məlum olub.
Fanat.Az xəbər verir ki, 20 yaşlı idmançımız 1/8 finalda ukraynalı Vasili Mixaylov ilə üz-üzə gələcək.
Gənclər arasında dünya və Avropa çempionumuz bu görüşdə qalib gəlsə, yarımfinala vəsiqə uğrunda Frank Çamizo Markes(İtaliya) - Avtandil Kentçadze(Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Bayramov sabah xalça üzərinə çıxacaq.
Qeyd edək ki, Azərbaycan Tokio 2020-də 3 sərbəst güləşçi ilə təmsil olunur. Hacı Əliyev(65 kq) və Şərif Şərifov(97 kq) avqustun 6-da mübarizəyə qoşulacaq.
Sahib Əsədbəyli