"Zirə" yeni transferini həyata keçirib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi şimali makedoniyalı futbolçu Georgi Stoilov heyətə cəlb edilib.
25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Georgi Stoilovun son klubu "Akademiya Pandev” olub. O, daha əvvəl ölkəsində "Horizont Turnovo” klubunda da çıxış edib. Stoilov həmçinin, Şimali Makedoniya yığmasında 2 oyun keçirib.