"Aston Villa"nın futbolçusu Cek Qriliş Mançester şəhərinə yollanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Daily Mail" nəşri yayıb.
Xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi bu gün ərzində "Mançester Siti"də tibbi yoxlanışdan keçəcək. Müqavilə 2026-cı ilə qədər qüvədə olacaq.
İngilis futbolçunun keçidi "şəhərlilər"ə 100 milyon funt sterlinqə (117,51 milyon avro) başa gələcək. Bu məbləğ İPL tarixində rekord transfer qiyməti hesab olunur.
Qeyd edək ki, Cek Qriliş "Aston Villa"nın heyətində 185 oyun keçirib və 29 qolla yadda qalıb.
Emin Şəmsiyev