FİFA Uruqvay millisi və "Puma" şirkətinə maraqlı tələb irəli sürüb.
Fanat.Az xəbər verir ki, ali futbol qurumu yığmanın forması üzərindən dörd ulduzdan ikisinin çıxarılmasını bildirib.
Uruqvay millisinin texniki sponsoru "Puma"ya artıq FİFA tərəfindən xəbərdarlıq edilib.
Qeyd edək ki, seçmə komandanın forması üzərindən dörd ulduzdan iki Dünya kuboku, ikisi isə Olimpiadada qazanılan qızıl medalları əks etdirir.
FİFA isə yığmaların formasında yalnız dünya çempionatına aid olan ulduzlara icazə verir. Uruqvay millisi isə hesab edir ki, həmin dövrdə Olimpiya Oyunlarındakı futbol yarışları da Dünya Kubokuna bərabər turnir olub.
"Football24.ru" saytının yaydığı xəbərə görə, Uruqvay millisinin sentyabrda start götürəcək DÇ-2020-nin seçmə oyunlarına iki ulduzlu formada çıxacaq.
Emin Şəmsiyev