Boks üzrə altı fərqli çəki dərəcəsində dünya çempionu olmuş Oskar de la Hoya (Oscar de la Hoya) ilə keçmiş UFC çempionu Vitor Belfort arasında döyüş keçiriləcək.
Fanat.Az xəbər verir ki, UFC prezidenti Dana Uayt "MMAJunkie" həmin döyüş barədə danışıb.
"Dua edəcəm ki, Vitor bu axmağı nokaut etsin. Mən ona dözə bilmirəm. Bir zamanlar De La Hoyanın düşərgəsini ziyarət etmişdim. Etiraf edim ki, onun zərbəsi çoxlarını nokauta sala bilərdi. Əvvəllər əsl canavar idi. Bu, əsl döyüş olacaq! Mənə elə gəlir ki, Vitor nokaut qələbəsinə arxayın ola bilər. Ümid edirəm ki, Oskarın kokain, tekila və digər pis vərdişlərdən istifadə etməsi onu zəiflədib. Viktor qalib gələ biləcək", - deyə qurum rəhbəri bildirib.
Qeyd edək ki, döyüş sentyabrın 11-i Los Ancelesdə keçiriləcək.
Emin Şəmsiyev