Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində ("Chessable Masters") çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, şahmatçımız onlayn yarışın 1/4 final mərhələsində ermənistanlı Levon Aronyana uduzub.
36 yaşlı qrossmeysterimiz gün ərzində rəqibi ilə 3 sürətli şahmat (rapid) partiyası oynayıb.
Məmmədyarov yalnız ikinci partiyanı qələbə ilə başa vurub. İlk və üçüncü partiyalarda isə Aronyan qalib gəlib.
Tərəflər arasında baş tutan ilk 1/4 final qarşılaşmalarında Aronyanın 2,5:0,5 hesablı qələbəsi qeydə alındığından, sonuncu partiyaya ehtiyac duyulmayıb.
Qeyd edək ki, avqustun 8-də başa çatacaq yarışın mükafat fondu 100 min ABŞ dollarıdır. Qalib 30 min dollar qazanacaq.
Sahib Əsədbəyli