"Barselona" dünən keçirdiyi yoxlama oyununda "Red Bull Zaltsburq"a uduzub.
Fanat.Az xəbər verir ki, Vals-Zitsenhaymedəki (Avstriya) "Red Bull Arena"da baş tutan görüş Avstriya təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Hesabı matçın 43-cü dəqiqəsində "Zaltsburq"un yarımmüdafiəçisi Luka Suçiç açıb. 82-ci dəqiqədə Martin Breytueyt hesaba tarazlıq gətirsə də, cəmi 1 dəqiqə sonra avstriyalıların digər yarımmüdafiəçisi - meydana yeni çıxan Brendon Aaronson Kataloniya komandasını məyus edib.
Qeyd edək ki, hələ "Barsa" ilə yeni müqaviləyə imza atamayan Lionel Messi sınaq qarşılaşmasında oynamayıb.
Nihat