Futbol üzrə Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az Niderland Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, "narıncılar"ı 70 yaşlı Lui van Qal çalışdıracaq.
O, Avro-2020-dən sonra istefaya göndərilən Frank de Buru əvəzləyib.
Qeyd edək ki, van Qal 2000/2001, 2012-2014-cü illərdə də Niderland seçməsində əsas söz sahibi olub.
Nihat