10:08 05.08.2021 2745

Olimpiya mükafatçımız: "O silahın satılmağı karyeramın startı idi"

"Qırğızıstan güləşçisi ilə görüşdə nə baş verdiyini anlamırdım. Karyeramın ən utancverici görüşü idi. Həmin kadrlara heç vaxt baxmayacağam".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının rəsmi instaqram səhifəsinə müsahibəsində Tokio 2020-nin bürünc mükafatçısı Rafiq Hüseynov deyib.
 
33 yaşlı yunan-Roma güləşçisi saat fərqinin çıxışına təsir etdiyini bildirib: "Məğlubiyyəti nəyləsə bağlamaq mənim tərzim deyil. Hakimin uduzdurmağı, ayağının sürüşməyi, xəstələnməyin heç kimə maraqlı olmur. Hər kəs səndən qələbə gözləyir. Amma bu da faktdır ki, saat fərqi çıxışa təsir edir. Gecə yatmamışdım. Ümumiyyətlə, gəldiyim gündən yuxu rejimim pozulmuşdu. Sabahı gün də son dünya çempionatının gümüş mükafatçısı, həmçinin dünya reytinqində ikinci yerdə olan Aleks Kessidislə üz-üzə gəlirdim. Görüşümüz 1/8 final mərhələsində sonuncu idi. Mənim qarşılaşmamdan dərhal sonra da 1/4 final mərhələsi başladı. Kessidislə görüşdə çox güc sərf etmişdim, bərpa üçün isə vaxtım yox idi. Bütün bunlar mənə çətinlik törətdi, amma yenə də bu, uduzmağıma birbaşa səbəb deyildi. Hər halda rəqib də mənim kimi məşq edib, əziyyət çəkib Olimpiadaya gəlmişdi. Müəyyən səhvlərim oldu. Qırğızıstan güləşçisi ilə görüşdə sanki bataqlıqda idim. Nə baş verdiyini anlamırdım. Güləş sanki heç vaxt məşğul olmadığım idman növü idi. Həmin kadrlara heç vaxt baxmayacağam".
 


İkiqat Avropa çempionumuz Ermənistan güləşçisi Karapet Çalyanla üçüncülük görüşündən də danışıb: "Bürünc uğrunda güləşdiyim gün mənə rahat oldu. Səhərki görüşdən sonra bərpa üçün kifayət qədər vaxtım oldu. Erməni ilə görüş səhər saatlarına düşsəydi, mənə çox ağır olardı.
Mən hər yarışdan əvvəl rəqiblərimi dərindən analiz edirəm. Ermənistan güləşçisinin də görüşlərini izləmişdim. Nə vaxt nə edəcəyini bilirdim. Hesabımı  götürmüşdüm ki, ilk hissədə ona qarşı ayaq üstü fənd işlətməliyəm. 
 


Erməni görüş ərzində çox aqressiv idi. Əvvəlcədən bilirdim ki, güləş qaydalarından kənar hərəkətlər edir. Ona görə birinci dəfə başla vuranda hakimə işarə etdim ki, nəzərə alsın. Çünki bu, ikinci dəfə baş versə, artıq hakimin xəbərdarlıq verməmək şansı olmayacaqdı. Rəqibin haqqında topladığım biliklər sayəsində parterdən xal vermədən çıxa bildim. Bundan sonra artıq 70-80 faiz qalib gəldiyimi düşünürdüm. Çünki ikinci hissədə müəyyən fəallıq bəs edirdi ki, rəqibə xəbərdarlıq versinlər və mən sonuncu xal prinsipinə əsasən, qarşılaşmanı qazanım. Bonus olaraq erməni yenə başla vurdu, növbəti xallar da beləcə hesabıma əlavə olundu. Məşqçi də ağılsızlıq edib videotəkrara baxılmasını istədi, bir xal da ordan aktivimə yazıldı. Həmin vaxt görüşün bitməsinə, səhv etmirəmsə, 1 dəqiqə 40 saniyə qalmışdı. Çevrilib bizim böyük məşqçimiz Rövşən Bayramova baxanda gözlərindən hiss etdim ki, mən qalibəm. Çox fərqli duyğular idi. Qələbədən sonra verdiyim reaksiyaları xatırlamıram. Xahiş etmişəm ki, görüşün videoyazısını göndərsinlər, baxım".

 
 
Olimpiadanın bürünc medalını qazandıqdan sonra "Bu, atamın qələbəsidir" deyə açıqlama verən Hüseynov, yeniyetməlik xatirəsini bölüşüb: "2003-cü ildə Avropa çempionatına federasiyanın imkansızlığı səbəbindən məhdud sayda uşaq seçilmişdi. Digərləri səfər xərcini özü ödəməli idi. Mən o yarışa getməyi çox istəyirdim, amma maddi vəziyyətimiz buna imkan vermirdi. O vaxt atam ona hədiyyə olunan Amerika istehsalı silahını satıb, məni Avropa çempionatına göndərdi. Orada iki görüş udub, üçüncünü uduzdum. 11-ci yeri tutdum.
O silahın satılmağı karyeramın startı idi. Özümə söz vermişdim ki, nə vaxtsa Olimpiya medalı alsam, silahı alıb atama qaytaracağam. Kimdə olduğunu da bilirəm".

Olimpiya mükafatçısı karyerasını bitirmək niyyətində olmadığını ifadə edib: "Biz idmançılar arasında belə bir fikir var: İdman səni buraxmayınca, sən idmanı buraxma. Sağlamlığım imkan versə, növbəti Olimpiadaya da hazırlaşacağam".
 
Sahib Əsədbəyli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2025
01:02

ÇL: "Barselona" da yarımfinala məğlubiyyətlə yüksəldi, PSJ də

15 Aprel 2025
23:30

Fabreqas iki böyük klubun təklifinə "yox" dedi

22:50

Benites "Real"dan Ronalduya görə gedib? - Sualı cavablandırdı

22:18

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazandı

21:43

Azərbaycan millisi AÇ ilə məğlubiyyətlə vidalaşdı

21:10

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürdü

20:47

"O, "Arsenal"da oynasaydı, "Arsenal" bu mövsüm çempion olardı" - Roy Kin

20:22

Azərbaycan qılıncoynadanları dünya birinciliyində nə ilə yadda qaldılar?

19:58

Tedesko Almaniya klubunun təklifini geri çevirdi

19:30

Azərbaycanın 8 boksçusu beynəlxalq turnirdə qızıl medal qazandı

19:13

Aleksis Mak Allister "Real Madrid"də? - Atası suala cavab verdi

18:43

Bu yay "Mançester Yunayted"i tərk edəcək futbolçuların adları bilindi

18:07

"Qarabağ"ın U-15 komandası Türkiyədəki turnirdə bir gündə üç matça çıxacaq

17:44

ABL: Pley-in mərhələsinin 3-cü oyunlarının vaxtı bilindi

17:26

"Biz onlardan çox üstün idik" - Con Terri

17:08

Rəvan Quluzadə mükafatlandırıldı

16:51

AFFA rəsmiləri UEFA-nın seminarında

16:32

Azərbaycan Qran-prisinin ikiqat qalibi DÇ-yə qatıla bilər

16:15

NHL tarixində Oveçkin kimisi olmayıb

15:57

"İnter"in İnzagi ilə bağlı yekun qərarı bəlli oldu

15:38

"Gərək bizə təşəkkür edəsiniz" - Antonio Konte

15:19

Neymar baş məşqçisiz qaldı - RƏSMİ

15:00

Anri Salahı təriflədi

14:43

MPL: XXXI turun təyinatları açıqlandı

14:25

"Futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var" - Aqil Nəbiyev

14:07

Poqba bu beş liqadan birini seçəcək

13:49

İngiltərə nəhəngi Rütteri transfer etməyə yaxındır

13:22

"Turan Tovuz"un yeni azarkeş qrupu yarandı - "The Hunans"

13:04

"Barselona"nın ulduzu karyerası ilə bağlı son qərarını verdi

12:45

"Qalatasaray"ın ulduzu mərc oyunlarına pul qoyub? - Özü açıqladı

12:27

I Liqa klubu Elman Sultanovla uzunmüddətli müqavilə imzaladı

12:08

"Səhvlərimizi aradan qaldıracağıq" - Evren Alkaya

11:51

Mbappenin cəzası bəlli oldu - SON DURUM

11:33

"Barselona"nın baş məşqçisi Levandovskini Kriştianu Ronaldu ilə müqayisə etdi

11:15

Böyük İpək Yolu: Azərbaycanın 11 boksçusu finala yüksəldi

10:57

"Nyukasl"ın baş məşqçisi xəstəxanaya yerləşdirildi

10:38

Amansız mübarizə, bol qollar, geridönüşlər... – Tura baxış

10:20

Azərbaycan millisi qrup lideri ilə qarşılaşır

10:02

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürür

09:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X