Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına 9 gün qalıb.
Ev oyunlarını "ASK Arena"da keçirən "Keşlə" klubunun meydança ilə bağlı problemi yoxdur.
Bu barədə Fanat.Az-a paytaxt təmsilçisinin texniki qeydiyyat meneceri, mətbuat katibi əvəzi Səbuhi Məmmədov məlumat verib.
Klub rəsmisi saytımıza açıqlamasında bildirib ki, "Stadion çempionata hazırdır, hər hansı bir problem yoxdur. Avroliqa oyunöncəsi zəruri işləri də ( Covid-19-la bağlı məlumatlar, tribunalarda xəbərdarlıqlar, spirt qabları və digər işləri də (zonaların müəyyənləşməsi və s.) həyata keçirmişik".
Qeyd edək ki, 14 avqustda keçiriləcək I turun oyununda "Keşlə" öz meydanında "Sumqayıt"ı qəbul edəcək. Görüş "ASK Arena"da 20:30-da start götürəcək.
Röya