Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Xorvatiya klubu "Dinamo” (Zaqreb) ilə qarşılaşacaq Varşava "Legiya”sı bu gün mətbuat konfransı keçirəcək.
Fanat.Az xəbər verir ki, baş məşqçi Çeslav Mixneviç yerli vaxtla saat 12.:00-dan etibarən media nümayəndələrinin suallarını cavablandıracaq. Onunla yanaşı, azarkeşlərin sevimlisi olan qapıçı Artur Boruç da konfransda iştirak edəcək.
Qeyd edək ki, "Legiya” – "Dinamo” oyunu avqustun 10-da saat 23:00-da sbaş tutacaq. Mahir Emrelinin oyununu izləmək üçün millimizin baş məşqçisi Canni De Byazi də Varşavaya yollanıb.
Mirağa