Fanat.Az saytı Canni De Byazinin millimizin üzvləri ilə bağlı təəssüratını öyrənib. Baş məşqçi futbolçularla görüşündən və yığmanın qarşıdakı təlim-məşq toplanışından danışıb.
- Mahir Emreli və Anton Krivotsyukun oyunları barədə fikirləriniz necədir? Durumları sizi qane etdimi?
- Bir oyunçu komandasını dəyişəndə, xüsusilə də ölkəni dəyişəndə taktiki aspektlər baxımından çətinliklər olur. Gündəlik vərdişlər, yemək, dil və s. məsələlərlə bağlı baryerlər ola bilər. Ancaq gördüm ki, hər iki oyunçu özlərini yaxşı hiss edirlər. Onlar üçün peşəkarlıq yolunda çox gözəl təcrübədir.
- Onlarla görüşdünüz? Hansı tapşırıqlar, tövsiyələri verdiniz?
- Heç bir tapşırıq verməmişəm. Amma çalışdım ikisinə də başa salım ki, bütün enerjilərini sərf etməlidirlər. Və orada qazandıqları təcrübəni millimizə gətirib verməlidirlər.
- Milli komanda seçmə oyunlara hazırlıq üçün toplanışa nə vaxt başlayacaq? Mahirlə Anton ilk gündən düşərgəyə qatıla biləcək? Onların avqustun 29-da çempionat oyunları var.
- Yox, bu mümkün olmayacaq. Çünki bizim toplanışımız ayın 25-i başlayır. Fikirləşirəm ki, onlar Lüksemburqa birbaşa gələcəklər. Loqistik baxımdan bu, daha uyğun olar.
Mirağa