Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk turunda 2 oyun üçün təyinatlar açıqlanıb.
Fanat.Az-ın məlumatına görə, Masazırda baş tutacaq mövsümün açılış oyununda start fiti Rəşad Əhmədov səsləndirəcək.
14 avqust (şənbə)
"Sabah” – "Səbail”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Bank Respublika Arena”, 18:30
"Keşlə” – "Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"ASK Arena”, 20:30
Qeyd edək ki, hər iki oyunu "CBC Sport" telekanalı canlı yayımlayacaq.
Mirağa