“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki ilk oyununun hakimləri bəlli olub.
Fanat.Az saytının məlumatına görə, “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda “Aberdin”lə görüşünü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Rade Obrenoviç, köməkçiləri Yure Praprotnik və Aleksandar Kasapoviç, dördüncü hakim Asmir Saqrkoviç olacaq.
“Bakcell Arena”da Hayfa “Makkabi”sini qonaq edəcək “Neftçi”nin İsrail təmsilçisi ilə matçında isə Fransadan olan ədalət təmsilçiləri iş başında olacaq. Baş hakim Delayod Uilliyə Mehdi Rahmouni və Edvin Kristof Finyean yardım edəcək. Ehtiyat hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk görüşləri avqustun 19-da, cavab oyunları avqustun 26-da olacaq.
Mirağa