“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra belə danışıb:
“Yeni mövsümün startı münasibətilə hər kəsi təbrik edirəm. Futbol üçün darıxmışdıq. Azarkeşlərin stadionlara gəlməsinə icazə verildiyi üçün təşəkkür edirəm. Futbolun bəzəyi fanatlardır.
Hər iki komandanın qol epizodları oldu. Çempionatın əvvəlidir, gərginlik də var idi. İki tur belə ağır keçəcək. Futbolçulara da demişəm, "artırmalıyıq", fərqli olmalıyıq. Mövsümün ilk matçında, səfərdə qələbə qazanmaq çox önəmli idi. Yolumuza davam edirik”.
Nihat