“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 0:2 hesabıyla yenildikləri matçdan sonra baş tutan mətbuat konfransında belə danışıb:
“İlk oyun idi. Matça bir az gərgin başladıq. İkinci hissəni isə bizim aktivimizə yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən şanslardan yararlana bilmədik. Rəqib isə əksinə, ələ düşən şanslardan yararlana bildi. Hesab oyuna görə olmadı. İkinci hissəni hücumda keçirdik, "Sumqayıt" daha çox müdafiə olundu. Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çoxsaylı qol imkanınlarından yararlanmamağımız bizi üzdü”.
Nihat