20:26 15.08.2021 450

"Nə qədər imkanım var yerli futbolçulara şans verəcəm" - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Futbolçularımdan razı qaldım. Çoxlu qol imkanlarımız oldu. Meydanın hər qarışı uğrunda yaxşı mübarizə aparan bir komandaya qarşı oynadıq. İlk oyun və 1 xal. Bütün oyunlara belə motivasiya ilə çıxsaq, qarşıda yaxşı nəticələr əldə edəcəyik. Azarkeşlərin varlığı futbolçularda əlavə istək yaradırdı.
 
- Bəhlul Mustafazadənin çıxışını necə dəyərləndirirsiz?
- Penalti epizodu xırda detallardır. Bəhlulun sona qədər oynaması bizim üçün risk idi. Qısa zamandır ki, bizimlədir. Bəhlulun üstün cəhətləri var və bunları gördüm. Çatışmayan cəhətlərini aradan qaldırmağa çalışacaq. Ona böyük ümidlərim var. Ondan tələblərim çox olacaq. Getdikcə daha yaxşı olacağına ümid edirəm.
 
- Konfrans Liqasındakı rəqibiniz "Aberdin" haqda nə düşünürsüz?
- Mərhələ adlamaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, daha çox güc sərf etməli olacağıq. Rəqibin təcrübəli futbolçuları var. Meydanda daha çox düşünmək və güc sərf etmək lazım olacaq.
 
- "Aberdin"in baş məşqçisi mərhələ adlamağa yaxın olduqlarını deyib. Bu, nədən irəli gəlir? 

- Belə açıqlamanın olması normaldır. Hər məşqçi öz komandasına fərqli tərzdə motivasiya var.
 
- Hücumçu məsələsi nə zaman həll olunacaq?
- Bu söhbət çox böyüyüb. Mən bu kluba gələndən bu haqda söhbətlər gedir. İstəyirəm ki, oyunçularımın sayı çox olsun, daha yaxşı çempionatlardan oyunçu gətirək. Ancaq çətindir. Tək hücuma deyil, bir neçə mövqe üçün axtarışlarımız davam edir. Bu mövzu haqda o qədər danışılıb ki, artıq futbolçuların da üzərində təzyiq yaranır. Mən bütün futbolçularımdan razıyam. Əlimdə olan heyətlə həm çempionluğa oynamaq, həm də Konfrans Liqasında qrup mərhələsinə qatılacaq gücdəyik. Transfer pəncərəsi bağlanana qədər dəyişikliklər etməyə çalışacağıq.
 
- Ramil Şeydayevi nə üçün yenidən komandaya gətirdiz? 

- Ramil hazırda azərbaycanlı futbolçular arasında ən yaxşılardandır. Ramil ilk dəfə bu kluba gələndə həmin mövqe üçün daha güclü futbolçular var idi və onun yaşı az idi. Onun potensialı var. Bir futbolçunu inkişaf elətdirmək imkanımız varsa, bunun üçün çalışırıq. Legioner futbolçu ilə yerli arasında cüzi fərq varsa, mənim seçimim yerli futbolçudan yana olacaq. Hər komandada 4-5 yerli futbolçu var. Mənim nə qədər imkanım var yerli futbolçulara şans verəcəm. Ramili öz istəyimlə komandaya cəlb etmişəm. Onda perspektiv görürəm. Futbol sadəcə 11 nəfərdən ibarət deyil. AEL-in 21 legioneri var idi. Mən yerli futbolçularımı qoruyub-saxlayacam. Mənim istəmədiyim futbolçu komandamda olmur. Ramilin üstün cəhətləri var. Hər fikirə hörmətlə yanaşıram. Bizim daxildə nə düşündüyümüzü bilmirsiz. Biz "Qarabağ"ıq, biz Avropaya çıxanda heyətimizdə 4-5 yerli futbolçu olmalıdır.
 
- Britaniya klublarına qarşı "Qarabağ" hər zaman fiziki oyunda uduzub. Bunu dəyişmək üçün nə edəcəksiz? 
- Bəli, onlar atletik futbol oynayırlar. "Aberdin" hər komandaya qarşı fərqli oyun üslubunda oynayır. Məni narahat edən budur. Hər məşqdə çalışırıq ki, rəqibin bütün sistemlərinə hazırlıqlı olaq. Standard vəziyyətlərdə təhlükəlidirlər. Qalib gəlmək üçün ən yaxşı oyunumuzu oynamalıyıq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
21:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X