20:34 15.08.2021 577

"Baxdıq ki, vurduğumuz qolda ofsayd yoxdur" - Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. 

Fanat.Az xəbər verir ki, Sadıqov, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- İlk dəqiqələrdən futbolçularda gərginlik var idi. Gözlənilmədən qol buraxdıq. Daha sonra uşaqların verdiyi reaksiya xoşuma gəldi. Daha yaxşı və istəkli oldular. Komandamız tam hazır deyil. 60-70-ci dəqiqədən sonra yorulacağımızı gözləyirdik. Qapıçımız Mehdi Cənnətov bir neçə qurtarış etdi. İlk oyunda bir xal qazandıq. Komandamızı və camiəmizi təbrik edirəm.
 
- Qarşıya qoyulan məqsəd nədir?
- 8 komandalı çempionatdır və hər bir komanda istəyir avrokuboklara vəsiqə qazansın. Sırf hədəfimiz hansısa yeri tutmaq deyil. Əsas istəyimiz odur ki, oyunumuzu inkişaf etdirək. Mən istəyirəm ki, üçlükdə olum, çempion olum. Ancaq aşkardır ki, "Qarabağ" və "Neftçi" daha üstündür. Hər baş məşqçi kimi mən də avrokuboklara vəsiqə qazanmaq istəyirəm. Seleksiya işlərimiz yavaş gedir. Bir futbolçu ilə razılaşmışıq, ancaq 2 gün sonra heyətə qoşulacaq. Sonda necə olacağını görəcəyik. Gənclərə də şans vermək istəyirik. Hər şeyi zaman göstərəcək.
 
- Hakimliklə bağlı fikirləriniz nədir?
- Ötən il də belə hadisələrlə qarşılaşmışdıq. İstəmirəm ki, nəticəni hakimliklə bağlayım. Biz də baxdıq ki, vurduğumuz qolda ofsayd yoxdur. Maksimum çalışıram ki, hakimlik haqda danışmayım. Səbrli olmaq istəyirəm. Futbolumuzu çirkləndirmək istəmirəm. Əvəzetmə olanda gərək oyunçu mövqeyinə çatsın. Bizdə Rauf Hüseynli meydanda mövqeyinə çatmamış hakim oyunu başladı. Bir xal yaxşı nəticədir.
 
- Ağabala Ramazanovun çıxışını necə dəyərləndirirsiz?
- Ağabala ilk dəfə milliyə dəvət almayanda psixoloji problemlər yaşadı. Güclü olmaq və belə problemləri aşmaq lazımdır. Zədələri də oldu, ən yaxşı formasında olanda koronavirusa yoluxdu. Bir az şanssızlıq yaşadı. Ümid edirəm ki, yavaş-yavaş ideal formasını bərpa edəcək.
 
- Yeni futbolçular gələ bilməsə, heyətlə bağlı şikayətləriniz olacaq?
- Xeyr, gənc futbolçularımız var. Heyətimizə yeni oyunçular cəlb etmişik. Çalışacağıq ki, hər kəsə şans verim. Perspektivli oyunçularımızın əvəzedici komandada təcrübə yığmasını istəyirəm. Bəziləri var ki, 4-5 il sonra millinin üzvü olmaq potensialındadır. Volkov uzun müddətdən sonra yaşıl meydanlara qayıtdı. Stoilovu da oynatmaqla risk etdim. İstəyirəm ki, geniş heyətimiz olsun. Transferlər yubanırsa, bu, bizlə bağlıdır. Bəzi oyunçularla danışıqlar aparırıq. Futbolçulara bu yay sərbəstlik verdim. Bakıda təlim-məşq toplanışı keçmək çətindir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
21:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X