2012-2013 mövsümündə U-15 Liqasının qalibi olan "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası bu gün kubok və medallarına qovuşub. AFFA-da keçirilən mükafatlandırma mərasimində komandanın futbolçu və məşqçi heyəti iştirak edib. "Qəbələ"yə kubok və medallarla yanaşı çempion üçün nəzərdə tutulan ölkə xaricində bir həftəlik təlim-məşq kuponu da təqdim olunub.
İdman24.az