"Zirə" yeni futbolçu ilə anlaşıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı vinger Loris Bronyo ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 28 yaşlı futbolçunun son klubu "Birşot" olub. O, həmçinin, ölkəsində "Şarlerua", "Oud-Heverli Leueven", "Lommel", "Mons" və Niderland klubu "Sparta"da çıxış edib. Karyerası ərzində 210 peşəkar oyuna çıxan futbolçu 50 qol vurub və 25 məhsuldar ötürmə edib. "Transfermarkt" ona yarım milyon avro qiymət qoyub.