Bu gün UEFA Konfrans Liqasının pley off-unda iki klubumuz - "Neftçi" və "Qarabağ" mübarizə aparacaq.
"Neftçi" "Baksel Arena"da İsrailin "Makkabi Hayfa" klubunu qəbul edəcək. Bakı vaxtı ilə saat 21:00-da başlayan görüşdən nə gözləmək olar?
"Neftçi"
"Ağ-qaralar" yeni mövsümə Çempionlar Liqasında başladı. İlk mərhələdə Tbilisi "Dinamo"suna hər iki görüşdə 2:1 hesabı ilə qalib gələn "Neftçi" ikinci mərhələdə Yunanıstan "Olimpiakos"unun qarşısında büdrəyərək yoluna UEFA Avropa Liqasında davam etdirdi.
Burada Finlandiyanın HİK klubuna qarşı uğursuz (ümumi hesab 5:2) çıxış edən "neftçilər" nəhayət, UEFA Konfrans Liqasında mübarizəyə başlayır. Klub daxili çempionata da 1 xalla start verib.
Komanda keçirdiyi son 5 oyunda qələbə qazanmayıb. Klubun passivində 3 məğlubiyyət var:
"Olimpiakos"-"Neftçi" 1:0
"Neftçi"-"Olimpiakos" 0:1
"Neftçi"-HİK 2:2
HİK-"Neftçi" 3:0
"Neftçi"-"Qəbələ" 2:2
"Makkabi Hayfa"
İsrail klubu keçən mövsüm 13-cü dəfə ölkə çempionluğunu qazanıb. Hayfa təmsilçiləri də "Neftçi" kimi, Avropa turnesinə ÇL-də başlayıb. Qazaxıstan "Kayrat"ının müqavimətini qıra bilməyən İsrail təmsilçisi yarışdan kənarda qalıb.
Konfrans Liqasında komandanın startını uğurlu adlandırmaq olar. Əvvəlcə Tbilisi "Dinamo"sunu, daha sonra Farer adaları təmsilçisi "Torshaun"ı ümumi hesabla 7:3 yenərək, yarışdan kənarlaşdırıb. "Yaşıllar" "Makkabi Tel-Əviv"i 2:0 hesabı ilə məğlub edərək İsrail Superkubokunu da qazanıb.
Komanda son 5 oyundan 4-nü qələbə birini isə məğlubiyyətlə başa vurub:
"Dinamo Tbilisi"- "Makkabi Hayfa" 1:2
"Makkabi Hayfa"-"Makkabi Tel-Əviv" 2:0
"Makkabi Hayfa"-"Dinamo Tbilisi" 5:1
"Makkabi Hayfa"-"Torshaun" 7:2
"Torshaun"- "Makkabi Hayfa" 1:0
Proqnoz
Bu oyunda motivasiya üstünlüyü olan ev sahiblərinə müəyyən qədər üstünlük vermək olar. "Neftçi" doğma azarkeşlər qarşısında oynayır və bu mövsüm kifayət qədər oyun praktikasına malikdir. İstənilən halda, komanda məsuliyyət hiss edəcək və azarkeşlər önündə performans göstərməli olacaq.
İlk proqnozumuz "Neftçi"nin ən azı 1 qol vuracağı olacaq. Xarici kontorlar bunu 1.95 əmsalla qiymətləndirir.
Münaccim hesab edir ki, Hayfa futbolçuları bu gün meydanda uduzmamağı prioritet tutacaq. Ümumiyyətlə, oyunun statusunu nəzərə alsaq, hər iki komanda ilk matça maksimum ehtiyyatla çıxacaq. Bəli, "Neftçi"nin müdafiəsini yarmaq "Makkabi Hayfa" üçün çətin olmayacaq, amma buna rəğmən, İsrail təmsilçiləri güclərini evdə keçirəcəkləri cavab oyununa saxlayacaq.
Alternativ variant isə oyunda 2-dən artıq qol olmayacağı (2.5 alt) proqnozudur. Əmsal - 1.72.
"Qarabağ" klubu bu gün yerli vaxtla saat 20:00-da Tofiq Bəhramov adına Respublika stationunda Şotlandiyanın "Aberdin" klubunu qəbul edəcək.
"Qarabağ"
Səkkizqat ölkə çempionu ötən mövsüm Azərbaycan Premyer Liqasında ikinci yeri tutdu.
Təsnifatın ilk mərhələsində "köhlən atlar" "Aşdod"u turnirindən kənarlaşdırıldı (ümumi hesab 1:0). İkinci mərhələ nisbətən ciddi rəqib gəlirdi. Kiprdə AEL-lə heç-heçə edən klub (1:1) ev oyununda rəqibi minimal hesabla məğlub edərək növbəti mərhələyə vəsiqə qazandı.
Klubun son 5 oyunu 2 qələbə və 3 heç-heçədən ibarətdir:
"Qarabağ" - "Aşdod" 0:0
"Aşdod" - "Qarabağ" 0:1
AEL - "Qarabağ" 1:1
"Qarabağ" - AEL 1:0
"Zirə" - "Qarabağ" 1:1
"Aberdin"
"Aberdin" Şotlandiya Premyer Liqasında ötən mövsüm inamlı çıxış edib. 38 tura 15 qələbə və 11 heç-heçə edən "qırmızılar" yarışı turnir cədvəlinin dördüncü pilləsində bitirib və avrokuboka vəsiqə qazanıb.
Konfrans Liqasının ilk mərhələsində "Aberdin" əvvəlcə İsveçin "Hekken" klubunu (ümumi hesab 5:3), daha sonra isə İslandiyanın "Breydablik" klubunu elə həmin hesabla yarışdan kənarlaşdırdı.
"Aberdin" son 5 oyunun 4-nü qələbə ilə tamamlayıb və bir dəfə məğlub olub:
"Aberdin" - "Dandi Yunayted" 2:0
"Breydablik" - "Aberdin" 2:3
"Livinqston" - "Aberdin" 1:2
"Aberdin" - "Breydablik 2:1
"Rayt Rovers" - "Aberdin" 2:1
Proqnoz
Fikrimizcə, "Aberdin" bu gün daha üstün görünür. Şotlandların daha təcrübəli və texnikalı futbolçulardan ibarət heyəti var. "Qarabağ"ın bu gün "bir nomrə" oynamaq istəyi əks-effekt verə bilər. Yaddan çıxarmayaq ki, rəqib yaxşı təşkil olunmuş əks-hücumlara malikdir. Standart vəziyyətlər də rəqibin güclü tərəfidir.
Bunu nəzərə alaraq, 2.19 əmsalla "Aberdin"in azı bir qol vuracağını proqnozlaşdırırıq.
"Qarabağ" klubu bu gün mütləq nəsə etməlidir. Gələn həftə klubu çətin bir səfər gözləyir. Odur ki, komanda mümkün qədər irəli atılıb rəqib qapısına yol tapmağı düşünəcək.
İkinci proqnoz - 2-dən artıq qol (2,5 üst) olacaq. Əmsal heç də pis deyil - 2.17.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev