“Qarabağ” Premyer Liqanın son turunda “Səbail”i 3 cavabsız qolla yenməklə, streotipi qırdı.
Fanat.Az-ın məlumatına görə, Ağdam klubu bu mövsüm meydana çıxdığı bütün oyunlarda – istər avrokubok, istərsə də çempionat görüşlərində - 1 qoldan artıq vura bilməmişdi.
Qeyd edək ki, “Qarabağ” İsrail “Aşdod”u (0:0, 1:0), Kipr AEL-i (1:1, 1:0), Şotlandiya “Aberdin”i (1:0) və “Zirə” (1:1) ilə ümumilikdə 6 matçda 5 dəfə fərqlənmişdi.
Mirağa