12:50 24.08.2021 922

VARlanmaq sevdasına düşənlərin "killer" təyinatları - Hakimliyə sözardı

Azərbaycan futbolunun “bum” yaşadığı dövrdə - “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Bakı”, “İnter”, “Karvan” kimi klubların at oynatdığı illərdə hakimlərin üzərinə böyük yük düşürdü. Çəkiləri həmin komandaların çəkisinə uyğun olmalı idi.  

Büdcəsi göz qamaşdıran, ayrıca təhlükəsizlik xidməti (oxu: qoçuları) olan klubların oyununu idarə etmək hər oğulun işi deyildi. Mərkəzi oyunlar bir qayda olaraq, “as” hakimlərə həvalə olunurdu. Amma o vaxtkı gənclər də sınaqdan üzüağ çıxa bilirdi. Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev söyülə-söyülə, döyülə-döyülə bərkidi, özlərini təsdiq etdi və "qocalar"ın yerini tutmağı bacardı.  

Düzdü, o vaxtkı hakimlərin arasında ayağı sürüşən, “gətir, götür”ə uyanlar tapılırdı. Amma istənilən halda, heç birinin xüsusi ləqəbi, ayaması yox idi. Nə Vüsal Əliyevin, nə Fariz Yusifovun, nə də adını çəkdiyimiz həmin o gənclərin. Vardısa belə, bunun idarəçiliyi ilə əlaqəsi yox idi. Amma indikilər...

Hamısı cavandı, ən yaşlısı 35-36 yaşındadı. Buna baxmayaraq, Qazan xanın sözü olmasın, hər biri “baş kəsib, qan töküb, ad qazanıb”. Yaşlarının bu çağında artıq biri “Killer” kimi tanınır, bir başqası “Torpedo”. Camaat çörəyi qulağına yemir, hər kəs bilir ki, bu ləqəbi kimlərə və nəyə görə verirlər. 
“Ədalət təmsilçiləri”nin qurbanlarına gəlincə, nədənsə, “Zirə”ni tez-tez hədəf seçirlər. Bu "gözümçıxdı"ya ötən mövsümdə də rast gəlirdik. Bir neçə oyunda əleyhinə qərar verildi və sonda komanda avrokuboklardan kənarda qaldı. 

Rəşad Sadıqov amilinə görədimi, bilmirik. Amma istisna deyil. Halbuki, Rəşadın çəkisi, xidmətləri onların cəmindən çoxdu. İşi o yerə çatdırıblar ki, mətbuat konfransında etiraz səsini qaldırmalı olur. Çempionat təzə başlayıb, hər iki oyunda “Zirə”nin haqqı yeyilib. Nəticədə qəsəbə təmsilçisi xallar itirib. Bəlkə də bu xallar mövsümün sonunda qızıl dəyərində olacaq, komanda yenə bunun acı nəticəsi ilə üzləşəcək. 

Hakimlər Komitəsinin sədri Fritz Stuxlik özü də etiraf edib ki, ilk turda “Zirə”nin vurduğu qolda hakimlərin ofsayd qərarı yanlış idi. Və söhbəti VAR-la əlaqələndirib. Yəni VAR olsaydı, bu səhvi vaxtında düzəltmək mümkün idi və sair. Hə, mümkündü ki, “ayının min oyunu elə bir armudun üstündədi”. Yəni VAR-ın tətbiqi üçün zəmin hazırlayırlar. Axı “hakimlərin köməkçisi”nin Azərbaycanda yeni ildən tətbiq olunacağı gözlənilir. O vaxta kimi neçə “Zirə”nin, “Sabah”ın, “Qarabağ”ın haqqı yeyiləcək? Camaat milyonlar xərcləyir, klub saxlayır. Niyə hakim səhvlərindən əziyyət çəkməlidilər?

Mümkündü ki, ilk turda lehinə qərar verilən "Qarabağ"ı, ötən həftə qapısına penalti təyin olunmayan "Neftçi"ni də qarşıda hakim səhvi ilə üz-üzə qoyub "günahı günahla yumağ"a çalışacaqlar. Bu, bərbad hakimliklə bağlı gerçəyi dəyişmir, əksinə, Stuxlikin yetirmələrinin nə qədər təhlükəli olduğunu ortaya qoyur. Yığışdırın “killer”lərinizi, “torpedo”larınızı! Varınızdısa, normal hakim çıxarın meydana, yoxunuzdusa, tez gətirin VAR-ınızı. 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
21:25

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

Facebookdan bizi izləməyi unutmayın.
X