"Qalatasaray" Olimpiu Vasile Morutanın transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Rəsmi açıqlamada bildirib ki, 22 yaşlı rumın futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu transferə görə Rumıniyanın "Styaua" klubuna 3,5 milyon avro ödəniləcək. Həmin vəsait qarşı tərəfə 3 il ərzində veriləcək. "Qalatasaray" futbolçunun maaşını açıqlayıb.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi karyerasına Rumıniyanın "Universitatea" (Kluj) klubunda başlayıb. 2016-cı ildə "Botoşaniyə keçən Morutanı 2 il sonra "Styaua" 700 min avro qarşılığında heyətinə qatıb. Peşəkar karyerası ərzində 172 oyuna çıxan futbolçu 17 qol vurub və 36 məhsuldar ötürmə edib. 2019/20 mövsümündə "Styaua"nın heyətində Rumıniya kubokuna sahib çıxıb.