"İnter"in əvəzedici komandası 4 yeni futbolçuyla müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, bunlardan biri MOİK-dən gələn "Neftçi"nin sabiq üzvü Eyyub Əliyev bank klubunda icarə əsasında oynayacaq. Gənc qapıçıyla müqavilənin müddəti cari mövsümün sonunədək davam edəcək.
Qalan 3 futbolçular "İnter"in U-17 və U-19 komandalarında oynayan Teymur Kamal və Nəriman Hüseynov, həmçinin Kərim Əliyevdi. Bu oyunçularla müqavilə müddəti 3 il təşkil edir.
Klub yeni futbolçuların adlarını PFL-ə təqdim edib və onlar komandanın növbəti oyunlarında meydana çıxa biləcəklər.
Qeyd edək ki, bu qış "İnter" 5 futbolçuyla yollarını ayırıb. Belə ki, Rəsul Teymurxanlı, Fuad İslamzadə, Fuad Cəlilov və Elvin İsmayılov komandanı tərk edib.
Fanat.az