Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə ediən “Zirə” “Qarabağ”la yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov klubun rəsmi saytına 1:1 hesabı ilə bitən matçı şərh edib:
“Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib yoxlama oyunu keçirdik. "Qarabağ"a qarşı oynamaq həmişə inkişaf etmək üçün bir fürsətdir. Rəqibin heyətində yüksək səviyyəli futbolçular var. Tam fərqli, sürətli oynayırlar. Ümumilikdə yaxşı oyun keçdi. Əsas məqsəd yaranan fasilədə oyun prakikasını yaxşılaşdırmaq və futbolçuları yükləmək idi. Futbolçulara ayrı-ayrılıqda 60, 70 və 80 dəqiqə oynamaq imkanı yaratdıq. Bir-iki günlük istirahətdən sonra çempionat oyunlarına hazırlaşacağıq”.