09:45 10.09.2021 1809

Qalib ordunun məğlub komandasının – MOİK-in güclənməsi niyə vacibdi?

Ötən ilin sentyabrında Azərbaycan ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə mənfur erməni işğalçılarına qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Cəmi 44 gün ərzində ordumuz düşməni doğma Qarabağ torpaqlarından uzaqlaşdırdı, 30 ilə yaxın işğal altında qalan vətən torpağı rahat nəfəs aldı. Bu hərbi əməliyyatlar, Azərbaycan ordusunun möhtəşəm zəfəri bütün dünyaya qəhrəmanlıq nümunəsi idi. Hamı bizdən danışır, igid əsgərlərimizin şücaətindən bəhs olunurdu. 

Azərbaycanın qalib ordusu bizim qürur mənbəyimizdi. Döyüş meydanında mənfur düşmənə qan udduran igid əsgərlərimiz də bu qalib ordunun simalarıdı. Bizim ordumuz öz gücünü təkcə döyüş meydanında sərgiləmir. Hərbçilərimiz qatıldıqları müxtəlif səviyyəli yarışlarda da öz bacarıqlarını nümayiş etdirir. Bir neçə gün bundan əvvəl Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarında hərbçilərimiz Azərbaycanı layiqincə təmsil etmişdilər. Yüksək peşəkarlıq nümayiş etdirən tankçılarımız yarımfinala vəsiqə qazanmaqla azərbaycanlıların hərb işini necə bacardığını hər kəsə göstərmişdi. Deməli, ordunun hazırlıq səviyyəsini, döyüş qabiliyyətini, əsgərlərin əzmkarlığını və fiziki hazırlığını göstərmək üçün belə müsabiqələrə qatılmaq önəmlidi. İmzalar arasında imzamız olur, üçrəngli şanlı bayrağımız yüksəklərdə dalğalanır. Bu da düşmənlərimizə gözdağıdı.

Uğurun davamını idman yarışlarında gətirmək, Azərbaycan ordusunu müxtəlif meydanlarda uğurla təmsil etmək də vacibdi. Bunun üçünsə Mərkəzi Ordu İdman Klubu güclənməli, hərbiçilərimizin idmanla məşğul olmasına qayğı göstərilməlidi. O cümlədən futbol sahəsində. Hamımızın yaxşı yadındadı ki, bir vaxtlar ordumuzu təmsil edən MOİK (müxtəlif vaxtlarda bu komanda OMİK və OİK də adlanıb) elitada çıxış edirdi, “Neftçi”yə, “Qarabağ”a gücünü göstərirdi. Ordu klubunun stadionu Bakıdakı meydanların yaxşılarından sayılırdı, əsgərlər və hərbi orkestr tribunaları doldurur, əsl futbol bayramı ab-havası yaradırdılar. Biz də MOİK-in stadionuna hər dəfə xüsusi həvəslə gedirdik. Əsgərlik yaşı çatan futbolçular də bu kluba cəlb edilir, hansısa qanunsuz, gizlin işlərə əl atmağa ehtiyac qalmırdı. Peşəkar futbolçular həm qanuni hərbi xidmət keçirdilər, həm də Azərbaycan çempionatının güclülərinə qarşı çıxış edən komandanın formasını geyinirdilər. Bunun nəyi pis idi?!

İllərdi ki, MOİK öz gücünü, nüfuzunu itirib, futbol meydanı da təmir adıyla bağlanıb. Sözün düzü, çoxdandı ki, həmin təmirdən də xəbər-ətər yoxdu, stadionun ərazisinin hansı vəziyyətdə olduğunu bilmirik. MOİK isə birinci divizionda gününü keçirir, ordan yuxarı yüksələ bilmir. Komanda fərqli stadionlara sığınır, öz doğma stadionuna da həsrətdi. Heç şübhəsiz ki, bütün bunların kökündə maddi problemlər, yəni pul dayanır. Müdafiə Nazirliyinin rəhbərliyinin MOİK-ə diqqət, deməli, yaxşı pul ayırmasının əsl zamanıdı. Qalib ordumuzun komandası onun adına layiq olmalıdı. Bunun üçün yaxşı baza, insan resursları da var. Yüzlərlə yeniyetmə futbolçu keçid dövründə ordu sıralarına cəlb olunur, topdan, meydandan uzaq düşür, formasını da itirir. Onların karyerasını davam etdirməsi həm də belələrinin Azərbaycan futboluna yenidən qazandırılmasıdı. MOİK-in sayəsində Azərbaycan futbolunun elitası yeni bir təmsilçi qazanar, Premyer Liqa iştirakçılarının sayı da artar. Hərbi müddəti başa çatan gənclər müəyyən məbləğ qarşılığında komandada saxlanılar, bununla da heyət qorunar. Gələcəkdə MOİK Premyer Liqanın mükafatçıları sırasına düşməklə avrokuboklara da vəsiqə qazana bilər ki, bu da Azərbaycan əsgərinin yeni müstəvidə uğur qazanması deməkdi. 

Göründüyü kimi, MOİK layihəsini uğurla inkişaf etdirmək xeyli realdı. Bundan ordumuz da qazanar, futbolumuz da. Yetər ki, Müdafiə Nazirliyinin istəyi olsun, qalib ordumuzun idman klubunu onun adına layiq yerlərə gətirsinlər.

Amal ABUŞOV

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

Facebookdan bizi izləməyi unutmayın.
X