20:00 13.09.2021 1353

İdman tarixinin yaddaşına qanla yazılmış faciələr - VİDEO/FOTOLAR

Təyyarə qəzası, meydançanın uçması, silahlı atışmalar kimi bir sıra faciəvi qəzalar futbol tarixinə qanlı hərflərlə həkk olunub. 

Fanat.Az-ın araşdırmasında belə hadisələrdən bəzilərini sizlərə təqdim edəcəyik:

Hillsboro faciəsi

"Notingem Forest" və "Liverpul" arasındakı keçirilən İngiltərə Kubokunun yarımfinal oyununda böyük insan izdihamı vardı. Oyunun startına bəzi ararkeşlər böyük çətinliklə çata bilmişdi. Təşkilatçılar meydana insan axınının çox olduğuna görə azarkeşləri biletsiz buraxmaq məcburiyyətində qalmışdı. Onları yoxlamaq qeyri mümkün idi. Bu səbəbdən də meydançaya tutumundan 2-3 dəfə artıq azarkeş daxil oldu. 

Nəticədə tribunalarda sıxlıq yaranmışdı. Sıxlıqda hava çatışmazlığından əziyyət çəkən azarkeşlər də vardı. Vəziyyət tamailə nəzarətdən çıxmışdı. 

Tribunadakı sıxlığa dözə bilməyən azarkeşlər çıxış yolunu meydançaya girməkdə görmüşdü. Məlum səbəblərə görə azarkeşlərin meydanda olması qadağan olduğuna görə yerli polislər azarkeşləri geriyə tribunaya qaytardı. 

Artıq oyunun 6-cı dəqiqəsində polislərə insanların öldüyünü bildirdilər. Ancaq onlar buna məhəl qoymadılar. Nəhayət təşkilatçılar oyunu dayandırmalıı olur. Lakin artıq gec idi. Yüksək sıxlıq səbəbindən müxtəlif tribunalarda artıq insanlar ölmüşdü. 

600-dən çox azarkeş müxtəlif dərəcəli xəsarətlər almışdı. İnsan sıxlığının qurbanlarından biri də "Liverpul" klubunun əfsanəsi Stiven Cerrardın 10 yaşlı əmisioğlu olub.

Bredford yanğını

Daha bir faciə "Bradford" və "Linkoln" matçı zamanı baş verib. 1985-ci ilin may ayında keçirilən görüş "Koral Vindouz" stadionunda baş tutub. Oyun zamanı taxta tribunaların altına bir neçə söndürülməmiş siqaret qalığı atılması nəticəsində yanğın baş vermir. Yanğının şiddətli olmasına səbəb tribunanın altında olan kağız və plastik zibil tullantıları olub. Havanın nisbətən küləkli olması isə alovu daha da şiddətləndirir. 

 

Cəmi 5-6 dəqiqəyə yanğın bütün tribunanı və onun damını bürüyür. Faciə nəticəsində 56 nəfər həyatını itirimiş, 200 nəfərə yaxın insan isə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

"Şapekoense" klubunun təyyarə qəzası

2016-cı ildə Braziliyanın "Şapekoense" klubu Cənubi Amerika Kuboku çərçivəsində Kolumbiyanın "Atletiko Nasyonal" kollektivi ilə final oyununa uçur. Təyyarənin mühərrik sistemində olan problemə və pilot heyətinin səhvinə görə bədbəxt hadisə baş verir və hava limanından 20 kilometr ayrılan təyyarə yerə çırpılaraq partlayır. 

Göyərtədə olan 77 nəfərdən yalnız 7-si sağ qala bilir. Dünyasını dəyişənlərin arasında klubun prezidenti və məşqçilər heyəti də olub. 

Turnir təşkilatçıları "Şapekoense" klubunu həmin çempionatın qalibi elan edib.

Buenos-Ayresdə silahlı atışma

"River Pleyt" və "Boka Xuniors" klublarının görüşü dünya futbolunda ən prinsipial oyunlardan biridir. Bu oyunun gərginliyi həm futbolçular, həm də azarkeşlər arasında müşahidə olunur.

1968-ci ildə baş tutan görüş zamanı polis və azarkeşlər arasındakı gərginlik silahlı atışmaya qədər gəlib çıxır. Bu səbəbdən stadionun tribunalarında böyük panika və qarışıqlıq yaranır. İnsanlar atışmadan sağ çıxmaq üçün bir-birilərini əzib keçməli olub. Sıxlıq nəticəsində tribunalarda ölənlərin sayı 60-a çatmışdır. Bundan əlavə 113 nəfər güllə yarası və müxtəlif dətəcəli xəsarətlər alıb. 

2001-ci ildə Yohannesburqda insan tıxacı

"Orlando Pirats" və "Kayzer Şefs" arasında ölkə çempionatının oyunu keçirilirdi. Görüş başlamazdan əvvəl matçın oynanılacağı 70 min nəfərlik "Ellis Park" stadionunun ətrafında böyük bir izdiham vardı. Polis və azarkeşlər arasında qarşıdurma baş verir və qanun keşikçiləri gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalır. Panikaya düşən azarkeşlər stadionun mərkəzi qapısı önündə tıxac yaradır. Hadisə zamanı yaranan sıxlığa dözməyən 43 nəfər azarkeş həyatını itirir, yüzlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 May 2024
21:56

"Prezident Kuboku-2024": Bağlanış mərasimi keçirildi

21:18

"Həyatımın yarıdan çoxunu bu klubda keçirdim" - Marko Roys

20:54

MY ilə "Barselona" yarımmüdafiəçilərini dəyişirlər

20:28

"Qalib gəlsəydik, bu insident yaşanmayacaqdı" - Klopp Salahla mübahisəsindən danışdı

19:30

Mourinyu AÇ-2024-ün favoritlərini açıqladı

18:45

Ronaldo "Valyadolid"i də satacaq? - AÇIQLAMA

18:14

"Qarabağ" - "Neftçi" görüşünün hakimi bəlli oldu

18:00

"Nyukasl" iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ

17:41

Azərbaycan Dünya Olimpiya Təsnifat turnirinə 9 güləşçi ilə qatılacaq

17:22

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

17:05

"Kəpəz" "Sumqayıt"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:50

Final oyununun hakimləri bilindi

16:36

Dortmund "Borussiya"sı Roysla bağlı qərarını açıqladı

16:27

Rüstəm Məmmədov "Şamaxı"ya məğlubiyyətin səbəblərini dedi

16:01

Ançelotti "Bayern"ə qarşı hansı qapıçını oynadacaq? - Özü dedi

15:41

Güləş üzrə U-23 Avropa çempionatı Bakıda keçiriləcək

15:29

Klopp Salahın "Liverpul"da qalıb-qalmayacağı ilə bağlı sualı belə cavablandırdı

15:10

"Prezident Kuboku": Azərbaycan beynəlxalq reqatanı 9 medalla başa vurdu

14:55

"Sıralarımıza daha çox gənclərin qoşulması ilə barışmaq lazımdır" - Erik ten Haq

14:38

“Prezident Kuboku 2024”: Azərbaycandan səkkizinci medal

14:20

Tanınmış idmançılar master-klas keçdilər

14:03

Kişi həndbolçular arasında Azərbaycan çempionatı: 19-cu turun proqramı açıqlandı

13:57

“Prezident Kuboku 2024”: Paşayev - Babayev cütlüyü "bürünc" qazandı

13:53

"Sumqayıt" azarkeşlərinə görə cərimələndi

13:47

"Turan Tovuz"un legionerinə 4 oyunluq cəza

13:30

"İnanıram ki, 2028-dəki Olimpiya Oyunlarında daha çox idmançımız iştirak edəcək" - Fərid Qayıbov

13:17

"Sumqayıt" "Kəpəz"lə oyundan öncə onu itirdi - AÇIQLAMA

12:58

Pedri növbəti mövsümə harada başlayacaq?

12:39

İtaliya nəhəngi MY-nin hücumçusunu aparır

12:21

"Srvena Zvezda" 35-ci çempionluğunu bayram etdi

12:02

AL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:43

"Salah indiyədək gördüyüm ən eqoist futbolçudur"

11:29

"Sabah" bölgədən akademiyasına 22 uşaq seçdi - VİDEO

11:21

Prezident Kuboku-2024": Reqatada altıncı medal

11:10

"Bayer" Romadan da "sağ çıxdı" - VİDEO

10:50

"Prezident Kuboku-2024": Azərbaycan komandasından reqatada növbəti medal

10:32

Messi MLS-in ən yaxşısı elan olundu

10:11

"Mövsümün sonuna qədər dayanmaq istəmirik" - Xabi Alonso

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:26

Renat Dadaşovun komandasında məşqçi istefası

Facebookdan bizi izləməyi unutmayın.
X