Ötən gün Avropanın ən maraqlı oyunlarından biri Fransa çempionatının XI turu çərçivəsində keçirilən "Marsel" - PSJ (0:0) görüşü olub.
Fanat.Az xəbər verir ki, oyunda qol olmasa da, maraqlı hadisələrlə zəngin olub.
Belə ki, matçın 73-cü dəqiqəsində Lionel Messi rəqib komandanın cərimə meydançasına yaxınlaşarkən tribunadan azarkeş ona irəliləməyə mane olub.
Belə ki, meydana daxil olan azarkeş Messinin üstünə şığıyaraq qucaqlamaq istəyib.
Həmin maraqlı epizodun videosunu təqdim edirik:
Görüşdə diqqət çəkəm məqamlardan digəri isə, təhlükəsizlik xidmətinin Neymarı künc zərbəsi yerinə yetirərkən meydana atılan kənar əşyalardan qoruduğu an olub.
Xatırladaq ki, 11 turdan sonra PSJ 28 xalla Liqa1-in turnir cədvəlində liderdir. "Marsel" isə 18 xalla 4-cü pillədə qərarlaşıb.
Emin Şəmsiyev