17:06 14.09.2021 1327

"Legiya"nın baş məşqçisindən Emreli açıqlaması: "Oynaya biləcəyi sistem axtarıram"

Sabah Avropa Liqasının qrupunda ilk oyununa çıxacaq "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç "Spartak"la oyunöncəsi yerli mətbuata müsahibə verib.

Fanat.Az xəbər verir ki, Moskvadakı oyunu yayımlayacaq TVP kanalına danışan təcrübəli mütəxəssis millimizin üzvü Mahir Emrelidən də danışıb. 

51 yaşlı mütəxəssis hücum planında axsadıqlarını və aparıcı futbolçularına uyğun taktika ilə meydana çıxmaq istədiklərini bildirib: 

"Legiya" artıq liqada 3 oyun uduzub. Hücum planında problemimiz var. Vəziyyəti təhlil edirik. Hücum oyunumuz uzun müddət iki mobil "onluğ"a əsaslanırdı. Ancaq Josip Juranoviç "Seltik"də oynamağa qərar verdi. Zədə üzündən isə Bartoş Kapustkanı itirdik. Öz növbəsində Filip Mladenoviç Radomda aldığı qırmızı vərəqəyə görə üç oyunu buraxmalı oldu. Onları əvəz edəcək oyunçularımız yox idi. 

Yazda yaxşı işləyən hücum sistemi faktiki olaraq, işləmir. Yay "transfer pəncərəsi" isə arxada qalıb, imkanlarımızı və komandamızın durumunu bilirik. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik. Mahir Emreli, Joze Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm".

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X