"Mançester Yunayted"ın ulduz futbolçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) ÇL-in qrup mərhələsinin açılış turunda "Yanq Boyz"a məğlub olmasını şərh edib (1:2).
Fanat.Az xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə rəsmi "Twitter" səhifəsində paylaşım edib:
"Bu, istədiyimiz nəticə deyildi, amma indi toparlanmaq və növbəti oyuna diqqət yetirmək vaxtıdır!"
Wasn't the result we wanted, but now it’s time to recover well and focus on the next game!👏🏽👊🏽 #mufc pic.twitter.com/J97WdtIylR
— Cristiano Ronaldo (@Cristiano) September 14, 2021
Xatırladaq ki, "qırmızı şeytanlar"ın "Yanq Boyz"la cavab oyunu dekabr ayının 9-u keçiriləcək.
Emin Şəmsiyev