Bu gün Əfqanıstandan olan 32 qadın futbolçu ailələri ilə birlikdə Pakistana sığınıb.
Fanat.Az "Dawn" qəzetinə istinadən xəbər verir ki, bu qadınlar idmanla məşğul olduqları üçün Taliban tərəfindən təhdidlərlə üzləşiblər.
Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri əslində DÇ-2022 üçün Qətərə getməli idi. Ancaq avqustun 26-da Kabul hava limanında 13 nəfərin həyatına son qoyan partlayışdan sonra ABŞ hərbçiləri və ən azı 170 əfqan qapalı vəziyyətdə qalmışdı.
Məlumata görə, bu qadın futbolçular o vaxtdan bəri talibandan gizləniblər. 32 futbolçunun Pakistana gətirilməsi, İngiltərədə yerləşən və FİFA tərəfindən tanınmayan "Futbol üçün Sülh Naminə" QHT-sinin, eləcə də Pakistan Futbol Federasiyasının (PFF) birgə təşəbbüsü olub.
FİFA prezidenti Canni İnfantino ötən həftə Dohaya səfəri zamanı Qətərə sığınan qaçqınları ziyarət etsə də, o, məhz Əfqanıstanda olan qadın futbolçulara kömək etmədikləri üçün tənqid edilirdi.
Qadın futbolçular Peşəvərdən Lahora gedəcəklər və burada PFF-nin qərargahında yerləşdiriləcəklər.
Mirağa