09:00 16.09.2021 1566

"Bazel"lə oyunda bütün rəqiblər xal itirəcək" - Səbuhi Səfiyarlı

Ölkəmizi UEFA Konfrans Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ" I turda öz meydanında İsveçrə "Bazel"ini qəbul edəcək. 

Tanınmış futbol meneceri Səbuhi Səfiyarlı Fanat.Az-a açıqlamasında bu görüşdə Ağdam klubunun şanslarını dəyərləndirib: 

"Qarabağ"ın "Bazel"lə evdə başlamağı fikrimcə, bəxtsizlik oldu. Cavab oyununda ev sahibliyi etsəydi, daha yaxşı olardı. "Bazel" turnirə mütləq qələbə ilə başlamaq istəyəcək. Hazırda komanda yaxşı formadadır. Həm ölkə çempionatında yaxşı irəliləyir, həm də avrokuboklarda həmişə maraqlı oyun nümayiş etdiriblər. Odur ki, bu baxımdan "Qarabağ"ın "Bazel" kimi komandaya qarşı ilk oyunu evdə keçirməyi bəxtsizlikdir. 

Söz yox ki, qrupun aşkar favoriti "Bazel"dir.  Komandanın oyunçuları fərdi olaraq yüksək keyfiyyətə malikdir. Artur Kabral olduqca yaxşı formadadır. 6 oyuna 8 qolu var. Sebastiyan Stokeri də qeyd edərdim. Avropa kuboklarında yaxşı göstəricisi var. Komandanın hücum xətti çox yaxşıdır. "Bazel" bu oyunun favoritidir. Ustalıq səviyyələri yüksəkdir. 

"Qarabağ"ın baş məşqçisi "Neftçi" ilə oyunda bəzi futbolçulara istirahət vermiş olsaydı, lap yaxşı olardı. Amma yaranmış fasiləyə görə bu mümkün deyildi. Çünki futbolçulara oyun praktikası lazım idi. Bəzi futbolçuları daha tez əvəzləmək də olardı, amma "Neftçi" ilə qarşılaşmanın ikinci hissəsi elə keçdi ki, Qurbanov məcbur olub onları sona qədər meydanda saxladı. Artıq o matçdan 4 gün keçib. Məncə, bu, "Qarabağ" üçün elə də böyük maneə deyil. 

"Qarabağ" hücumda sona qədər inamlı oynasa, yaxşı nəticə əldə edə bilər. Maraqlı oyun gözləyirəm. Hər iki komanda topla oynamağı sevir. Yaxşı oyun görəcəyik. Düzünü desək, "Qarabağ" üçün qələbə qazanmaq çox çətin olacaq. Düşünürəm ki, heç olmasa heç-heçəyə ümid etməliyik. Belə bir rəqibə qarşı ev oyunundan xalla ayrılmaq qrupdakı vəziyyət baxımından yaxşı olar. Qeyd edim ki, "Bazel"lə oyunda bütün rəqiblər xal itirəcəklər".

Xatırladaq ki, "Qarabağ" - "Bazel" oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Emin Şəmsiyev

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:30

MPLElmar Baxşıyev sabiq komandasına qarşı - YENİLƏNİR

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

Facebookdan bizi izləməyi unutmayın.
X