UEFA-nın rəsmi saytı Çempionlar Liqasında qrup mərhələsinin I turunun ən yaxşı qolunu açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında keçirilən səsverməyə əsasən həftənin qolu "Şerif" - "Şaxtyor" oyununda qeydə alınıb.
Oyunun 16-cı dəqiqəsində "Şerif"in malili yarımmüdafiəçisi Adama Traorenin rəqib qapısından keçirdiyi top həftənin ən yaxşı qolu seçilib.
Həmin qolun videogörüntüsünü təqdim edirik:
Emin Şəmsiyev