AFFA-nın İntizam Komitəsi "Qəbələ" klubunu 3 min 200 manat məbləğində cərimələyib.
Fanat.Az xəbər verir ki, buna bölgə təmsilçisinin günahı ucbatından IV turda "Səbail"lə ev oyununun gec başlaması səbəb olub.
Bundan başqa, "Qəbələ"nin 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə ilə cəzalanıb ki, bu da əlavə olaraq 800 manat cərimə deməkdir.
Qeyd edək ki, komitə "Qəbələ" - "Səbail" oyununda ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan qonaq komandanın futbolçusu Ədilxan Qarəhmədova 1 oyunluq cəza, paytaxt klubuna isə 200 manat cərimə kəsib.
Mirağa