"Mançester Yunayted" hucumçusu Kriştianu Ronaldu (Cristiano Ronaldo) müqavilə müddəti bitən kimi məşqçi kimi fəaliyyət göstərəcək.
Fanat.Az "The Sun" nəşrinə istinadən xabar verir ki, 36 yaşlı ulduz futbolçu məşqçilik karyerasını oğlunun da çıxış etdiyi "Mançester Yunayted" akademiyasında başlayacaq.
"Qırmizi şeytanlar"ın baş məçqşisi Ule Qunnar Sulşerin (Ole Gunnar Solskjaer) müqavilə müddətinin uzanması təklifinə baxmayaraq Kriştianu oğlunun futbolçu olaraq inkişafına şəxsən nəzarət etmək istədiyini bildirib.
Xatırladaq ki, kiçik Ronaldu "Mançester Yunayted"in azyaşlılarından ibarət komandada Nemanya Matiç (Nemnja Matic) və Ueyn Runinin (Wayne Rooney) oğlu ilə birlikdə oynayır.
Emin Şəmsiyev