Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, “Bakcell Arena”da aparılan renovasiya işləri ilə əlaqədar olaraq “Neftçi” klubunun rəsmi müraciəti, “Səbail” klubunun razılığı ilə VI turun oyunu “Səbail” – “Neftçi”, XII turun oyunu “Neftçi” – “Səbail” olaraq dəyişdirilib.
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
1 oktyabr
18:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
2 oktyabr
17:00. “Keşlə” – “Sabah”
“ASK Arena”
19:15. “Səbail” – “Neftçi”
“ASCO Arena”
3 oktyabr
19:00. “Qarabağ” – “Qəbələ”
“Azersun Arena”.