Rusiya polisi Sankt-Peterburq şəhərində İtaliyanın "Sampdoriya" klubunu dələduzluqla 800 min avro ziyana salan 4 afrikalı gənci zərərsizləşdirib.
Fanat.Az "TNV" saytına istinadən xəbər verir ki, saxlanılanlar öz törətdikləri əməli etiraf edib.
Bir neçə gün öncə "Sampdoriya"nın Danimarkanın "Norşellan" klubunun futbolçusu ilə maraqlandığını eşidən futbol "menecerləri" həmin adla saxta pasport və lazımi sənədlər düzəltmək qərarına gəliblər. Daha sonra saxta pasport və sənədləri italyan klubuna göndəriblər. "Sampdoriya"nın əməkdaşları isə dərhal saxta bank hesabına 800 min avro pul köçürübb.
Afrikalı mühacirlər əldə olunan "qazancı" xərcləməyə macal tapmamış yerli polislər onların evinə daxil olaraq dələduzları zərərsizləşdirib. Əməliyyat zamanı cinayətkarlardan biri pəncərədən sallanaraq polislərdən gizlənmək istəyib, amma bu hiylə uğursuz alınıb.
Saxlanma epizodunun videogörüntüsünü təqdim edirik:
Emin Şəmsiyev