Millimizin sabiq yarımmüdafiəçisi Anatoli Ponomaryov İsveçin 3-cü liqasında çıxış edən "Nevruz"un baş məşqçisi kimi növbəti oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, klub 14-cü tur çərçivəsində prinsipial rəqiblərdən olan, eyni xalla 4-5-ci yerləri bölüşdüyü "Sala" ilə qarşılaşıb. Meydan sahibi statusunda çıxış edən "Nevruz" yaxın qonşusu ilə sülh bağlayıb - 1:1.
Beləliklə, Ponomoryovun komandası turnir cədvəlinin 5-ci pilləsində qalıb. "Nevruz" keçirdiyi 14 oyundan 9-da qələbə qazanıb, üçündə heç-heçə ilə kifayətlənib, 2 görüşdə uduzub. Komanda hazırda liderdən cəmi 4 xal geri qalır.
"Nevruz" növbəti oyununu oktyabrın 2-də autsayder Heby" AİF-ə qarşı keçirəcək.